BMT-yə bağlı iki qurum olan UNESCO və UNICEF Əfqanıstanda təhsilin vəziyyəti ilə bağlı yeni hesabat yayaraq xəbərdarlıq edib. Hesabatda qeyd olunur ki, qadınların universitetlərdə təhsil almasına qadağa qoyulduqdan sonra ölkənin ali təhsil müəssisələrində qız tələbələrin sayı sıfıra enib.
Bu iki qurum bildirib ki, Əfqanıstanın təhsil sistemi hazırda geniş miqyaslı böhranlarla üz-üzədir.