Neft Nazirliyi dəyəri bir milyard tümandan çox olan, kvota kartı olmayan avtomobillərin 1500 və 3000 tümənlik benzin kvotasını kəsib. Bu avtomobillərin sahibləri bundan sonra ayda cəmi 110 litr benzini üçüncü tarifə – litri 10 min tümənə – ala biləcəklər.
Milli Neft Məhsulları Yayım Şirkətinin Ağıllı Yanacaq Sistemi rəhbəri Abbas Basəfa bildirib ki, şəxsi minik avtomobilləri hazırda da ayda 60 litr benzini 1500 tüməndən, 50 litrini isə 3000 tüməndən almaqda davam edir. Üçüncü tarif isə çərşənbə axşamı, 17 şəhrivərdən (8 sentyabr) etibarən litri 10 min tümənə çatıb.
İlk iki kvota bitdikdən sonra sürücülər yanacaq doldurma məntəqələrində kart vasitəsilə benzin almalıdırlar. Basəfa iddia edib ki, üçüncü tarifin artırılması və qiymətlə bağlı olmayan siyasətlər benzin istehlakının azalmasına səbəb olub.