İran İslam Respublikasının media orqanları Sistan-Bəlucistan əyalətində İslam İnqilabı Keşikçiləri Korpusunun (İRGC) iki üzvünün maşınına edilən silahlı hücum nəticəsində öldürüldüyünü xəbər verib. Səda və Sima xəbər agentliyinin məlumatına görə, hücum Zahedanın "Kurin" bölgəsində baş verib.
Məlumata əsasən, öldürülən iki nəfər əyalətdəki İRGC quru qoşunlarının qərargahlarından olan "Şəhid Mirhüseyni" qərargahının üzvləri olub. Sistan-Bəlucistan valiliyinin təhlükəsizlik və intizam üzrə müavinliyi bildirib ki, onlar basicilərə (könüllü qüvvələrə) məxsus dəstək və ərzaq avadanlığı daşıyan maşına hücum zamanı öldürülüblər.
Ölkədaxili media orqanları yazıb ki, bu hadisə İran rejiminin silahlı müxalifət qrupu ilə toqquşma zamanı baş verib.