ArazNews
Ana Səhifə / İran / Nişanlısının dey ayında öldürülməsindən səkkiz ay sonra: Ayda Heydəri özünə qəsd edib
İran

Nişanlısının dey ayında öldürülməsindən səkkiz ay sonra: Ayda Heydəri özünə qəsd edib

Nişanlısının dey ayında öldürülməsindən səkkiz ay sonra: Ayda Heydəri özünə qəsd edib

25 yaşlı Ayda Heydəri şənbə axşamı, 12 şəhrivər (3 sentyabr) günü özünə qəsd edərək həyatına son qoyub. O, dey ayı etirazlarında öldürülənlərdən olan Əbülfəzl Süleymani Əlmuti ilə nişanlı olub. Xəbəri İran İnternəşnl yayıb.

Ailənin sözlərinə görə, bu iki gəncin nikah mərasimi elə bu ay keçirilməli idi.

27 yaşlı Əbülfəzl Süleymani Əlmuti 1404-cü il dey ayının 19-da (2026-cı il yanvarın 9-da) Qəzvinin Zibaşəhr şəhərində baş vermiş etirazlar zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində həlak olub.