Antropik şirkəti açıqlayıb ki, İran rejimi ilə əlaqəli qurumlar hökumət təbliğatının hazırlanması, nəzarət alətlərinin yaradılması və müxalifətçilər barədə məlumat toplanması üçün "Claude" süni intellektindən istifadə ediblər. Şirkət müəyyən edilmiş hesabları bloklayıb.
Hesabata əsasən, üç sızma əməliyyatı İslami Mədəniyyət və Əlaqələr Təşkilatına, Xorasan-Rəzəvi İslami Təbliğat İdarəsinə və "Bina" mədəniyyət monitorinq mərkəzinə aid edilib. Bu hesabların idarəçiləri öz fəaliyyətlərini "yumşaq müharibə" və "izahat cihadı"nın bir hissəsi kimi təqdim ediblər.
Məşhəddə yerləşən "Mancaniq" adlı şəbəkə onlarla fəalı işə cəlb edərək təhlükəsizlik qurumlarının hesabatlarını saxta şəxsiyyətlərlə yenidən yazdırıb. Bu şəbəkə hazırladığı məzmunu, o cümlədən Sepah ilə əlaqəli kanallar da daxil olmaqla, 100-dən çox İran kanalında yayıb.
Hazırlanmış sənədlər arasında sabiq rəhbərin dəfn mərasimi və onun varislik mərhələsi üçün tam bir plan da müşahidə olunub. İştirakçılardan biri isə üç İran yazıçısının səsini süni şəkildə təqlid edib.