ArazNews
Ana Səhifə / Xəbər / Azərbaycan Traktoru mövsümün ilk məğlubiyyətini yaşadı: Xuzistan İstiqlalına uduzsa da, cədvəldə liderliyini qoruyub
Xəbər

Azərbaycan Traktoru mövsümün ilk məğlubiyyətini yaşadı: Xuzistan İstiqlalına uduzsa da, cədvəldə liderliyini qoruyub

Azərbaycan Traktoru mövsümün ilk məğlubiyyətini yaşadı: Xuzistan İstiqlalına uduzsa da, cədvəldə liderliyini qoruyub

Azərbaycan Traktoru bu gün, cümə axşamı, Fars təqviminin 19 şəhriverində (10 sentyabr) Futbol Premyer Liqasının 7-ci həftəsində Xuzistan İstiqlalına 1:0 hesabı ilə məğlub olub və mövsümün ilk məğlubiyyətini yaşayıb.

Görüş Tehranın Dəstgərdi stadionunda, tamaşaçısız keçirilib. Aref Rüstəmi 54-cü dəqiqədə qarşılaşmanın yeganə qolunu vurub; Azərbaycan Traktoru adına Şəhriyar Moğanlunun vurduğu iki qol isə ofsayd səbəbindən sayılmayıb.

Bu məğlubiyyətə baxmayaraq, Azərbaycan Traktoru 16 xalla cədvəldə liderliyini qoruyub. Tehran İstiqlalı isə 15 xalla ikinci pillədə qərarlaşıb.