ArazNews
Ana Səhifə / Bölgə / Sepah Hörmüz boğazında "qanunsuz" gəmiləri hədəfə almaqla hədələdi
Bölgə

Sepah Hörmüz boğazında "qanunsuz" gəmiləri hədəfə almaqla hədələdi

Sepah Hörmüz boğazında

Əl-Cəzirə telekanalı İran Sepahının dəniz qüvvələrinə istinadən xəbər verib: "Bütün gəmilər qeyri-qanuni dəhlizlərdən keçməkdən çəkinməlidir, əks halda hədəfə alına bilərlər."

Bu hədə o zaman səslənib ki, Tehran daha əvvəl Hörmüz boğazından təhlükəsiz keçidin yalnız müəyyən edilmiş marşrutlardan və İslam Respublikası ilə əlaqələndirmə əsasında mümkün olduğunu bəyan etmişdi. Oman və İran isə gəmilərin giriş-çıxışı üçün müvəqqəti bir marşrutun yaradılması barədə danışıqlar aparıb.

Sepahın yeni xəbərdarlığı ABŞ qüvvələrinin bu qurumla əlaqəli üç neft tankerinə hücumundan bir neçə saat sonra açıqlanıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, bu zərbələr Sepahın ABŞ-ın iki döyüş gəmisinə ballistik raketlər atmasına cavab olaraq həyata keçirilib.