ArazNews
Ana Səhifə / Bölgə / Yəməndə döyüşlər şiddətlənib: dövlət qüvvələri husilərin əl-Cövf və Təizdəki mövqelərini hədəfə alıb
Bölgə

Yəməndə döyüşlər şiddətlənib: dövlət qüvvələri husilərin əl-Cövf və Təizdəki mövqelərini hədəfə alıb

Yəməndə döyüşlər şiddətlənib: dövlət qüvvələri husilərin əl-Cövf və Təizdəki mövqelərini hədəfə alıb

Yəmən hərbi mənbələri bir neçə cəbhədə husilərlə döyüşlərin şiddətləndiyini bildirib. Dövlət qüvvələri əl-Cövf vilayətində husilərin mövqelərini, silah anbarlarını və raket atma platformalarını hədəfə alıb.

Araz News-un "Əl-Arəbiyyə"dən nəql etdiyinə görə, dövlət qüvvələrinin zərbələri "əl-Muhzəmat" bölgəsini və "Xəb və əş-Şəəf" mahalının bir hissəsini əhatə edib. Eyni zamanda, Təizin şərqində ağır silahların işləndiyi sərt döyüşlər davam edir və dövlət qüvvələri Nöman dağını və ətraf bölgələri yenidən ələ keçirdiklərini iddia ediblər.

Əl-Hüdeydə vilayətində də dövlət qüvvələri husilərin Hays cəbhəsindəki hücumunu dəf etdiklərini açıqlayıb. Döyüşlərin Dəbab dağı yaxınlığında hələ də davam etdiyi bildirilib.