İsrail qüvvələri bu gecə Dəməşqə yaxın ərazidə əməliyyat həyata keçirib. Dəməşqin qərb ətrafında Beyt Can qəsəbəsi ilə Qırmızı təpələr arasındakı bölgə atəşə tutulub.
Hesabatlarda Qüneytra ətrafının cənubunda yerləşən Rəsm əl-Əcrəf kəndində evdən-evə axtarışların aparıldığı da bildirilir. "Klaş Report" bundan əvvəl Dəməşq ətrafında baş verən hücum barədə xəbər yayımlamışdı.
Suriya mənbələri bu əməliyyatın şiddətini "təsvirdən kənar" adlandırıb.