ArazNews
Ana Səhifə / Bölgə / Bakının Maraşdakı əbədi izi: 1200 mənzillik "Azərbaycan məhəlləsi" tezliklə təhvil veriləcək
Bölgə

Bakının Maraşdakı əbədi izi: 1200 mənzillik "Azərbaycan məhəlləsi" tezliklə təhvil veriləcək

Bakının Maraşdakı əbədi izi: 1200 mənzillik

Azərbaycan Türkiyənin Maraş şəhərində bütöv bir yaşayış məhəlləsinin tikintisini demək olar ki, başa çatdırıb. "Azərbaycan məhəlləsi" 68 yaşayış binasından və təxminən 1200 mənzildən ibarətdir.

Bu məhəllədə məktəb, uşaq bağçası və bir mədəniyyət mərkəzi də inşa edilib. Layihə 2023-cü il fevralın 6-da baş verən 7,7 bal gücündə zəlzələdə evlərini itirən ailələr üçün həyata keçirilib.

Bakı bu layihəni Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinin bərpasına yardım çərçivəsində öz üzərinə götürüb. İlham Əliyev bildirmişdi ki, azərbaycanlılar bu faciəni öz ölkələrində baş vermiş hadisə kimi qəbul ediblər.