ArazNews
Ana Səhifə / İran / Xarici işlər nazirliyinin sözçüsü İsmail Baqai: ABŞ danışıq anlayışını diktə ilə səhv salır
İran

Xarici işlər nazirliyinin sözçüsü İsmail Baqai: ABŞ danışıq anlayışını diktə ilə səhv salır

Xarici işlər nazirliyinin sözçüsü İsmail Baqai: ABŞ danışıq anlayışını diktə ilə səhv salır

İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü ABŞ-ın danışıqlara yanaşmasını tənqid atəşinə tutub. İsmail Baqai iddia edib ki, Vaşinqton dialoq anlayışını öz tələblərini diktə etməklə səhv salır və bu yanaşmanı danışıq prosesindəki tıxacın səbəbi kimi qiymətləndirib.

Baqai daha sonra hədə-qorxu dolu bir tonda deyib ki, İslam Respublikasının silahlı qüvvələri heç bir təcavüzü cavabsız qoymayacaq. Bu açıqlamalar Tehran ilə Vaşinqton arasında nüvə danışıqları məsələsində gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib.