İslam Respublikasının səhiyyə naziri İranda dərman qiymətlərinin artdığını təsdiqləyib və bu bahalaşmanın səbəbləri arasında nəqliyyat marşrutlarındakı fasilələri və xammal idxalı xərclərinin artmasını göstərib.
"Dünyaye-Eqtesad" nəşrinin məlumatına görə, nazir bildirib ki, əvvəllər gəmi ilə gətirilən xammal indi məcburi olaraq təyyara ilə daşınır və bu da xərcləri artırıb.
O, həmçinin qeyd edib ki, müharibə zamanı İranda 16 dərman zavodu və 70-dən çox xəstəxana hücuma məruz qalıb.