ABŞ Xarici İşlər Nazirliyi İslam İnqilabı Keşikçiləri Korpusunun (Sepah) dörd yüksək rütbəli komandiri barədə istənilən məlumata görə 10 milyon dollara qədər mükafat təyin edib. Bu nazirliyə bağlı olan «Ədalət üçün mükafat» (Rewards for Justice) hesabı yaydığı bəyanatda bildirib ki, bu şəxslər Sepahın elə bölmələrinə komandanlıq ediblər ki, həmin bölmələr ABŞ heyət üzvlərini silahlı hücumların, ölkənin həyati əhəmiyyətli infrastrukturunu isə zərərli kibər əməliyyatlarının hədəfinə çeviriblər.
Sepah komandiri Əhməd Vəhidi, Xatəməl-Ənbiya Qərargahının komandiri Əli Əbdullahi və Sepahın kibər bölməsinin komandiri Həmidrza Ləşgəriyan mükafat siyahısına daxil edilib. Sepahın keçmiş Hava-Kosmik Qüvvələri komandiri Səid Ağacani və Sepahın sabiq kəşfiyyat komandiri Məcid Xadəminin adları da bu siyahıda yer alıb; hər ikisi ABŞ və İsrailin İrana qarşı son zərbələrində həlak olub.