İranın bəndlərinin vəziyyətinə dair ən son statistika göstərir ki, ölkənin bəndlərinin su anbarlarının tutumunun 45 faizi hələ də boşdur.
İSNA agentliyinə istinadən, su ilinin əvvəlindən avqustun 15-dək (24 mordad) qeydə alınmış statistikaya əsasən, ölkənin bəndlərinin su anbarlarının dolma səviyyəsi təxminən 55 faiz təşkil edir.
Bu statistika elə bir şəraitdə açıqlanır ki, İranın bir sıra bölgələrində su ehtiyatları və su təchizatı vəziyyəti hələ də ölkənin ciddi problemlərindən biri olaraq qalmaqdadır.