ArazNews
Ana Səhifə / İran / Benzin üstündə hökumət və Məclis arasında ixtilaf artıb; Məclis qiymət artımının əleyhinədir
İran

Benzin üstündə hökumət və Məclis arasında ixtilaf artıb; Məclis qiymət artımının əleyhinədir

Benzin üstündə hökumət və Məclis arasında ixtilaf artıb; Məclis qiymət artımının əleyhinədir

Hökumətin benzinlə bağlı yeni qərar qəbul edə biləcəyi ehtimalı ilə eyni zamanda, Məclis rəyasət heyətinin bir üzvü bildirib ki, Məclis qiymətlərin hər hansı şəkildə artırılmasının əleyhinədir; bu mövqelər hakimiyyət daxilində yanacaq böhranının idarə olunması ilə bağlı ixtilafı daha aşkar edib.

İsna agentliyinə istinadən, Rəfii deyib: "xalq mövcud problemlərin əvəzini ödəməməlidir" və eyni zamanda etiraf edib ki, yanacaq istehsalı ölkənin ehtiyacına uyğun deyil.

Bu mövqe elə bir vaxtda ortaya çıxıb ki, Pezeşkian hökumətinin məsul şəxsləri kvotaların azaldılmasından və önümüzdəki günlərdə benzinlə bağlı yeni qərarın qəbul edilə biləcəyi ehtimalından danışıblar.