Məsud Pezeşkianın icraçı müavini yaxın günlərdə benzin barədə yeni bir qərarın qəbul edilə biləcəyini bildirib, lakin vurğulayıb ki, hökumət bu sahədə hələ konkret qərara və dəqiq proqrama gəlməyib.
Ənteхab nəşrinin məlumatına görə, prezidentin icraçı müavini deyib: «Ola bilsin ki, sabah və ya o biri gün benzinlə bağlı bir qərar qəbul edilsin».
Bu açıqlamalar elə bir vaxtda səslənir ki, son günlər benzin kvotalarının dəyişdirilməsi və qiymət siyasəti mövzusu yenidən ölkənin mühüm iqtisadi məsələlərindən birinə çevrilib.