ArazNews
Ana Səhifə / İran / Tramp: İranın iqtisadiyyatı "tam çöküş" içindədir
İran

Tramp: İranın iqtisadiyyatı "tam çöküş" içindədir

Tramp: İranın iqtisadiyyatı

ABŞ prezidenti Donald Tramp Vaşinqtonun İslam Respublikasına qarşı yeni sanksiyalar dövrünün tətbiqinə başlaması ilə eyni vaxtda İranın iqtisadi vəziyyətini "tam çöküş" adlandırıb.

Tramp 2 sentyabr (şəhrivərin 2-i) bazar ertəsi günü Truth Social şəbəkəsində yazıb: "İranın iqtisadiyyatı tamamilə çökür." O, İslam Respublikasına qarşı yeni sanksiyaları "bir düşmənə qarşı ən sərt və misli görünməmiş sanksiyalar" adlandırıb.

Tramp həmçinin Newsmax-ın Məhəmmədbaqir Qalibafın sözlərindən "Biz acıq, davam gətirə bilmirik" başlığı ilə yayımladığı xəbəri öz səhifəsində paylaşıb. Qalibaf əvvəllər deyib: "Nə qədər hərbi gücümüz olsa da, əgər xalq acdırsa və maliyyə dövriyyəsi, iqtisadi artım və milli istehsalımız yoxdursa, davam gətirə bilmərik."

ABŞ Xəzinədarlıq naziri Skott Bessentin bu gün Vaşinqtonun İslam Respublikasına qarşı yeni iqtisadi əməliyyatının təfərrüatlarını elan etməsi gözlənilir.