ArazNews
Ana Səhifə / İran / ABŞ Xəzinədarlıq naziri Skott Bessent: İran İslam Respublikasına qarşı tarixin ən böyük maliyyə hücumu başlayıb
İran

ABŞ Xəzinədarlıq naziri Skott Bessent: İran İslam Respublikasına qarşı tarixin ən böyük maliyyə hücumu başlayıb

ABŞ Xəzinədarlıq naziri Skott Bessent: İran İslam Respublikasına qarşı tarixin ən böyük maliyyə hücumu başlayıb

ABŞ Xəzinədarlıq naziri "bir düşmənə qarşı tarixin ən böyük maliyyə hücumu" adlandırdığı əməliyyatın başladığını bəyan edib və xəbərdarlıq edib ki, İran İslam Respublikası ilə iqtisadi əlaqələrini saxlayan istənilən ölkə bu rejimin təcridində iştirakçı olacaq. Skott Bessent "Financial Times" qəzetindəki məqaləsində yazıb ki, Vaşinqtonun məqsədi onun "avtoritar" və "tənəzzülə uğrayan" adlandırdığı rejimin bütün maliyyə damarlarını kəsməkdir ki, Tehran tamamilə tək qalsın.

Bessentin iddiasına görə, rialın dəyəri indiyədək heç vaxt bu qədər aşağı olmayıb və inflyasiya nadir hallarda bu səviyyəyə çatıb. O iddia edib ki, ABŞ ordusu İran İslam Respublikasının hərbi imkanlarını və nüvə proqramını zəiflədib və hazırda iqtisadi təzyiqin "yekun mərhələsinə" qədəm qoyulur; onun sözlərinə görə, Tehranla maliyyə əlaqələrini kəsən ölkələr qlobal kapitala daha çox çıxış əldə edəcəklər.