Sənaye sektorunun vəziyyətinə dair açıqlanan ən son statistika göstərir ki, istehsalçı inflyasiyası 1405-ci il yazında (2026-cı ilin yaz ayları) 109 faizə çatıb və 100 faiz həddini keçib.
Mehr xəbər agentliyinə istinadən, bu kəskin artım zavodlarda istehsal xərclərinin nəzərəçarpacaq dərəcədə yüksəldiyini göstərir; bu xərclərin davam etməsi malların maya dəyərinə və nəticə etibarilə istehlak bazarına daha çox təzyiq göstərə bilər.
İstehsal sektorunda inflyasiyanın artması elə bir şəraitdə baş verir ki, ailələr də məişət xərclərinin artması və alıcılıq qabiliyyətinin azalması ilə üzləşiblər.