ArazNews
Ana Səhifə / Azərbaycan / İsveçdə keçiriləcək seçkilərdə Azərbaycanlı namizədlər mübarizə aparacaqlar
Azərbaycan

İsveçdə keçiriləcək seçkilərdə Azərbaycanlı namizədlər mübarizə aparacaqlar

İsveçdə keçiriləcək seçkilərdə Azərbaycanlı namizədlər mübarizə aparacaqlar

İsveçdə keçiriləcək ümumi seçkilərdə ölkə vətəndaşları parlamentin 349 millət vəkilini seçəcəklər. Eyni zamanda, seçicilər ölkənin 21 bölgə şurası və 290 bələdiyyə şurasının tərkibini müəyyənləşdirəcəklər.

Araz Xəbər agentliyinin AzərTAc-a istinadən verdiyi xəbərə görə, qarşıdakı seçkilərdə İsveçin müxtəlif siyasi partiyaları tərəfindən namizədliyi irəli sürülmüş Cənubi və Şimali Azərbaycanlı namizədlər də iştirak edəcəklər.

Onların arasında ən tanınmış simalardan biri İsveç Sosial-Demokrat İşçi Partiyasını (Socialdemokraterna) təmsil edən parlament üzvü Aylin Nuridir. O, 2018-ci ildən parlamentin üzvüdür və 2025-ci ildən isə partiyanın nəqliyyat siyasəti üzrə rəsmi təmsilçisidir.

Mərkəz Partiyası (Centerpartiet) seçkilərdə Azərbaycanlı bir neçə namizədi təmsil edir. Aidə Kərimli onlardan biridir. Hazırda o, bölgə şurasının təmsilçisidir və eyni zamanda, ətraf mühit və bölgə inkişafı komitəsi sədrinin ikinci müavinidir.

Mərkəz Partiyasının digər nümayəndəsi Turan Əliyev isə artıq ikinci dövrdür partiyanın bələdiyyə şurasının, eləcə də tikinti və ətraf mühit komitəsinin, mədəniyyət və istirahət vaxtı komitəsinin, eləcə də seçki komitəsinin üzvüdür.

Yaşıllar Partiyasından (Miljöpartiet) isə Aytac Quluyeva, Vüsal Quluyev və Əsmirə Kazımova Hanningeyə bələdiyyə şurasına namizəd olublar.

Seçkilərdə İsveç Sosial-Demokrat İşçi Partiyasından Hüddinqe bölgəsi bələdiyyə şurasına namizədliyi irəli sürülmüş Orxan Əliyev də iştirak edir.