Azərbaycanın hərbi-dəniz qüvvələri Türkiyə istehsalı olan pilotsuz üzən vasitələrlə təchiz olunub. Donanma iki növ pilotsuz gəmi əldə edib: silahlı "Salvo" və kamikadze tipli "Kayra".
İlham Əliyev və Mehriban Əliyeva Azərbaycanın hərbi-dəniz qüvvələrinə səfər zamanı bu pilotsuz vasitələrlə tanış olublar. Təqdimatdan sonra onların suda praktiki sınaqları keçirilib.
Bu üzən vasitələr Türkiyənin Dearsan gəmiqayırma şirkəti ilə Azərbaycanın "Miras" hərbi sənaye şirkətinin əməkdaşlığının nəticəsidir. Dearsan-a Fənərbaxça klubunun sədri Əziz Yıldırım rəhbərlik edir.