ArazNews
Ana Səhifə / Azərbaycan / Zəhra Pezeşkianın Mehriban Əliyevaya təbrik mesajı
Azərbaycan

Zəhra Pezeşkianın Mehriban Əliyevaya təbrik mesajı

Zəhra Pezeşkianın Mehriban Əliyevaya təbrik mesajı

İran prezidenti Məsud Pezeşkianın qızı Zəhra Pezeşkian mesajında Azərbaycan Respublikası Prezidentinin birinci köməkçisi Mehriban Əliyevanın ad gününü təbrik edib.

O, bu mesajda Əliyevaya «qiymətli və mehriban bacım» deyə müraciət edib və onun ictimai, mədəni və beynəlxalq fəaliyyətini «ilhamverici və qürur mənbəyi» adlandırıb.

Zəhra Pezeşkian həmçinin İran və Azərbaycan Respublikası arasındakı dostluq və qardaşlıq münasibətlərinin dərin köklərindən danışıb və iki ölkənin qadınlarının bu ortaq irsin qorunmasındakı roluna diqqət çəkib. O, Mehriban Əliyevaya sağlamlıq, bərəkətli ömür və uğurlar, Azərbaycan Respublikasına isə inkişaf və rifah arzulayıb.