ArazNews
Ana Səhifə / Xəbər / «Unitri»nin səhmlərinə partlayışabənzər maraq: humanoid robotlar nəhəngi Çin birjasına çıxdı
Xəbər

«Unitri»nin səhmlərinə partlayışabənzər maraq: humanoid robotlar nəhəngi Çin birjasına çıxdı

«Unitri»nin səhmlərinə partlayışabənzər maraq: humanoid robotlar nəhəngi Çin birjasına çıxdı

Çin şirkəti «Unitri» Şanxayda ilkin ictimai səhm təklifi ilə səhmləri Çin birjasında satılan ilk humanoid robot istehsalçısına çevrilib.

«Unitri» hər səhmin qiymətini 150,80 yuan müəyyən edib və təxminən 6,1 milyard yuana, yəni 904 milyon dollara bərabər məbləğdə vəsait cəlb etməyi planlaşdırır. Xırda investorların tələbi təklif olunan səhmlərdən 8 mindən çox dəfə artıq olub ki, bu da Çinin robototexnika sənayesinə investisiya baxımından yüksək marağından xəbər verir.

2016-cı ildə Vanq Sinsin tərəfindən yaradılan «Unitri» əvvəlcə «robot itlər»lə tanınıb, sonra isə G1, H1 və R1 humanoid robotları ilə Tesla və Boston Dynamics kimi şirkətlərlə rəqabətə girib.

Şirkətin gəliri 2025-ci ildə dörd dəfədən çox artaraq təxminən 1,7 milyard yuana çatıb. Bu sənayedəki bir çox startapdan fərqli olaraq, «Unitri»nin mənfəətli olduğu da bildirilir.