Pakistanın müdafiə naziri İran və Amerika Birləşmiş Ştatlarının "müəyyən formada razılaşmaya" yaxınlaşdığını bildirib. Xacə Məhəmməd Asif çərşənbə günü yayımlanan müsahibəsində deyib ki, davam edən proseslər yenidən sülh razılaşması və ya anlaşma istiqamətində formalaşıb və son iki-üç günün əlamətləri belə bir razılaşmaya yaxınlaşıldığından xəbər verir.
Eyni zamanda, Pakistanın daxili işlər naziri Möhsin Nəqəvi ikitərəfli münasibətlər çərçivəsində İranın daxili işlər naziri İsgəndər Möminin qonağı olaraq çərşənbə axşamı Tehrana daxil olub.