ArazNews
Ana Səhifə / Dünya / Hörmüz boğazından keçən gəmilərin sayı üçdə bir dəfə azalıb: həftəsonu cəmi 12 gəmi keçib
Dünya

Hörmüz boğazından keçən gəmilərin sayı üçdə bir dəfə azalıb: həftəsonu cəmi 12 gəmi keçib

Hörmüz boğazından keçən gəmilərin sayı üçdə bir dəfə azalıb: həftəsonu cəmi 12 gəmi keçib

Reuters agentliyinin istinad etdiyi Kpler şirkətinin məlumatlarına görə, şənbə və bazar günləri Hörmüz boğazından cəmi 12 yük gəmisi keçib. Əvvəlki həftəsonu isə bu rəqəm 35 gəmi olub.

Qeyd olunub ki, bu statistika bütün keçidləri əks etdirməyə bilər, çünki bəzi neft tankerləri izlənilməsinin qarşısını almaq üçün avtomatik identifikasiya sistemlərini söndürür. Toqquşmaların başlanmasından əvvəl bu marşrutdan gündə orta hesabla təxminən 125 gəmi keçirdi.

Dünyanın ən mühüm enerji daşınma marşrutlarından birində müşahidə olunan bu azalma, Vaşinqton və Tehran arasındakı qarşılıqlı təhdidlər və regional münaqişələr fonunda baş verir. Bu vəziyyət gəmiçilik şirkətlərinin Hörmüz boğazından keçidin təhlükəsizliyi ilə bağlı narahatlığını artırıb.