Rusiya vətəndaşlarının bir qismi son aylarda yeni hərbi səfərbərlik ehtimalı, internet məhdudiyyətlərinin sərtləşdirilməsi və iqtisadi təzyiqlərlə bağlı narahatlıq fonunda bu ölkəni tərk edib və ya miqrasiyanı nəzərdən keçirir.
Associated Press agentliyi xəbər verib ki, hazırkı dalğa 2022-ci ildə müharibənin başlamasından sonra yüz minlərlə insanın ölkəni tərk etməsi ilə müqayisə oluna bilməz, lakin Rusiyanın siyasi, iqtisadi və təhlükəsizlik baxımından gələcəyi ilə bağlı yeni narahatlıqlar Gürcüstan və Ermənistan kimi ölkələrə miqrasiyanı yenidən artırıb.
Ukraynanın Rusiya ərazisinə pilotsuz uçuş aparatları ilə hücumları, yanacaq böhranı və geniş miqyaslı internet məhdudiyyətləri bu narahatlıqları gücləndirən amillər kimi qeyd olunur. Eyni zamanda, Dumaya seçkilərdən sonra yeni hərbi səfərbərlik ehtimalı ilə bağlı şayiələr yayılıb; Ukrayna rəsmiləri bu iddianı irəli sürsə də, Kreml onu təkzib edir.