Yəməndəki hərbi mənbə bildirib ki, husilər ballistik raketlər və pilotsuz uçuş aparatları ilə Maribdəki bəzi bölgələri hədəfə alıblar, eyni zamanda Muxaya şəhərinə qarşı da başqa raket hücumları həyata keçirilib.
Əl-Ərəbiyyəyə istinadən, Maribdə iki partlayış səsi eşidilib və Yəmən ordusunun pusay müdafiə sistemləri husilərin pilotsuz uçuş aparatlarına qarşı işə düşüb. Muxaya limanı yaxınlığında da bir-birinin ardınca iki partlayış barədə məlumat verilib.
Eyni zamanda, Yəmən dövlət qüvvələri bu hücumlara cavab olaraq husilərin bir neçə cəbhədəki mövqelərini və avadanlıqlarını, o cümlədən Marib dağlarındakı minaatan sistemləri və mövqelərini hədəfə alıblar.