ArazNews
Ana Səhifə / Dünya / Tramp: Hörmüz boğazı açıqdır, "onun 100 faizinə nəzarət edirik"
Dünya

Tramp: Hörmüz boğazı açıqdır, "onun 100 faizinə nəzarət edirik"

Tramp: Hörmüz boğazı açıqdır,

ABŞ prezidenti Donald Tramp bildirib ki, Amerika qüvvələri Hörmüz boğazında minaaxtarma əməliyyatı həyata keçiriblər və bu su yolu artıq açıqdır.

Reuters agentliyinə istinadən, Tramp deyib ki, ABŞ Hörmüz boğazına "100 faiz nəzarəti" əlində saxlayır və Birləşmiş Ştatların hərbi-dəniz qüvvələri hansı gəmilərin keçməsinə icazə veriləcəyini müəyyən edir.

Reuters xəbər verib ki, bu açıqlamalara baxmayaraq, Hörmüz marşrutundan neft və neft məhsullarının ixracı 7 avqustda başa çatan həftədə gündə təxminən 3 milyon barelə enib və bu su yolunun tam açılması ilə bağlı danışıqlar Vaşinqton və Tehran arasında ciddi fikir ayrılıqları ilə üzləşməkdə davam edir.