ArazNews
Ana Səhifə / Dünya / Əl-Əlimi hutilərin ölümcül hücumundan sonra: "Ödənişsiz hücum dövrü sona çatıb"
Dünya

Əl-Əlimi hutilərin ölümcül hücumundan sonra: "Ödənişsiz hücum dövrü sona çatıb"

Əl-Əlimi hutilərin ölümcül hücumundan sonra:

Yəmənin Rəyasət Şurasının sədri Rəşad əl-Əlimi hutilərin əl-Muxa şəhərinə qarşı həyata keçirdiyi geniş miqyaslı hücumlara reaksiya verərək bildirib ki, son gərginləşmə beynəlxalq ictimaiyyətin sülh imkanlarının qorunmasına nə dərəcədə ciddi yanaşdığını sınayan "yeni bir imtahandır".

Əl-Ərəbiyyə telekanalına istinadən əl-Əlimi bildirib ki, Yəmən hökuməti bu gərginləşmənin təşəbbüskarı olmayıb və sülhə sadiqliyin hutilər üçün hücumun vaxtını və yerini özlərinin seçdiyi, ardından isə hökumətdən təmkinli olması tələb edildiyi "açıq icazəyə" çevrilməsinə yol verməyəcək. O vurğulayıb ki, "ödənişsiz hücum mərhələsi artıq sona çatıb".

Yəmən ordusu bildirib ki, hutilərin əl-Muxa şəhərinə və limanına həyata keçirdiyi raket və pilotsuz uçuş aparatı hücumu nəticəsində dördü hərbçi, üçü mülki şəxs olmaqla yeddi nəfər həlak olub, 30 nəfər yaralanıb və 11 pilotsuz uçuş aparatı vurulub. Reuters agentliyi də tələfat sayını və hücumun miqyasını təsdiqləyib.