ArazNews
Ana Səhifə / Dünya / Aksios: İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlar razılaşmaya yaxınlaşıb
Dünya

Aksios: İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlar razılaşmaya yaxınlaşıb

Aksios: İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlar razılaşmaya yaxınlaşıb

ABŞ-lı bir rəsmi şəxs bildirib ki, İran və Oman arasında Hörmüz boğazı ilə bağlı danışıqlar irəlilədib və tərəflərin tezliklə razılaşmaya gəlməsi gözlənilir. Digər məlumatlarda da tərəflərin gəmiçiliyin bərpası üçün müvəqqəti mexanizmə yaxınlaşdığı bildirilir.

Aksios agentliyinə istinadən həmin rəsmi şəxs deyib ki, Vaşinqton kommersiya daşımalarının bərpası barədə razılaşma elan edildikdən sonra İran limanlarının blokadasını ləğv edəcək; bununla belə, ABŞ-ın sonrakı addımları İslam Respublikasının öz öhdəliklərinə nə dərəcədə sadiq qalmasından asılı olacaq.

ABŞ Xəzinədarlıq naziri Skott Bessent də əvvəllər deyib ki, razılaşmanın "bu gün və ya sabah" əldə olunacağını gözləyir. Yayılan məlumatlarda gərginliyin azaldılması və gəmiçilik marşrutlarının yenidən açılması üçün 30-60 günlük müvəqqəti çərçivənin nəzərdən keçirildiyi bildirilir.