İraqın qonşusu olan dörd ölkə Bağdada xəbərdarlıq edərək bildirib ki, İran İslam Respublikasının dəstəklədiyi silahlı qruplaşmaların bu ölkənin ərazisindən həyata keçirəcəyi istənilən hücuma cavab verəcəklər. Suriya və İordaniya bu xəbərdarlığı şənbə günü, Səudiyyə Ərəbistanı və Küveyt isə iki gün əvvəl İraq rəsmilərinə çatdırıblar.
Səudiyyə Ərəbistanı və İordaniyanın mesajı birbaşa olub, Küveyt isə öz xəbərdarlığını qeyri-rəsmi kanallar vasitəsilə çatdırıb. Suriya rəsmiləri də İraqlı həmkarları ilə birbaşa əlaqə saxlayıblar. Hər dörd ölkə Bağdaddan bu qrupları cilovlamaq üçün qabaqlayıcı tədbirlər görməyi tələb edib.
Bağdad aidiyyəti ölkələrə bildirib ki, "gərginliyi azaltmaq, silahı dövlətin nəzarəti altına almaq və silahlı qrupların mövcudluğundan narahat olan ölkələri arxayın etmək" istiqamətində addımlar atır.
11 mordad (2 avqust) bazar günü İraq baş nazirinin ofisi yaydığı bəyanatda bildirib ki, Əli əz-Zeydi "İraq ərazisindən qonşu ölkələrə qarşı hər hansı təcavüzün və ya təhdidin qarşısının alınmasını, çətinliklərin həlli üçün birgə təhlükəsizlik komitəsinin yaradılmasını və bu cür hadisələrin təkrarlanmasının, yaxud bu sahədə hər hansı mümkün pozuntunun qarşısını almaq üçün caydırıcı mexanizmlərin təmin olunmasını" vurğulayıb.