ArazNews
Ana Səhifə / Bölgə / İraq: Öz ərazimizdən qonşu ölkələrə hücuma icazə verməyəcəyik
Bölgə

İraq: Öz ərazimizdən qonşu ölkələrə hücuma icazə verməyəcəyik

İraq: Öz ərazimizdən qonşu ölkələrə hücuma icazə verməyəcəyik

İraq hökuməti regional gərginliklərin artması fonunda bildirib ki, ölkə ərazisindən qonşu dövlətlərə qarşı hücum və ya təhdid məqsədilə istifadəyə icazə verilməyəcək.

İraq hökumətinin rəsmi açıqlamasına istinadən, İraq silahlı qüvvələrinin baş komandanı Əli əz-Zeydi təhlükəsizlik məsulları ilə keçirilən təcili iclasda İraq ərazisindən qonşu ölkələrə qarşı hər hansı addımın qarşısının alınması zərurətini vurğulayıb və lazımi təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi barədə göstəriş verib.

Açıqlamaya görə, mümkün təhdidlərin araşdırılması və qabaqlayıcı tədbirlərin hazırlanması üçün birgə təhlükəsizlik komitəsi də yaradılacaq.

Bu qərar elə bir vaxtda qəbul edilib ki, Bağdad regionda artan gərginliklərin İraq daxilinə sirayət etməsinin və ölkənin toqquşma meydanına çevrilməsinin qarşısını almağa çalışır.