ArazNews
Ana Səhifə / Dünya / Foks Nyus: Tramp 2028-ci il seçkiləri üçün Ci-Di Vensi dəstəkləmək istəyir
Dünya

Foks Nyus: Tramp 2028-ci il seçkiləri üçün Ci-Di Vensi dəstəkləmək istəyir

Foks Nyus: Tramp 2028-ci il seçkiləri üçün Ci-Di Vensi dəstəkləmək istəyir

Donald Trampın bir sıra respublikaçı maliyyə dəstəkçisi ilə xüsusi görüşündə söylədikləri, onun 2028-ci il prezident seçkilərində partiyanın namizədi olaraq Ci-Di Vensi dəstəkləmək istədiyini göstərir.

Araz Nyusun xəbərinə görə, Foks Nyusun bildirdiyinə istinadən Tramp təxminən iki həftə əvvəl Ağ Evdə keçirilən xüsusi bir görüşdə deyib: "Sonunda Ci-Dini seçməliyik". Məlumatlı mənbələr vurğulayıblar ki, bu sözlər hələ Trampın rəsmi və qəti dəstəyi mənasına gəlmir.

Ci-Di Vens hazırda respublikaçıların 2028-ci il üçün əsas namizədlərindən sayılır; bunun qarşılığında, ABŞ Dövlət katibi Marko Rubio da son aylarda sorğularda öz mövqeyini gücləndirib.