ArazNews
Ana Səhifə / Dünya / Məhəmməd bin Salman Makronla telefonla danışdı: region təhlükəsizliyi və dənizçilik azadlığı müzakirələrin mərkəzində oldu
Dünya

Məhəmməd bin Salman Makronla telefonla danışdı: region təhlükəsizliyi və dənizçilik azadlığı müzakirələrin mərkəzində oldu

Məhəmməd bin Salman Makronla telefonla danışdı: region təhlükəsizliyi və dənizçilik azadlığı müzakirələrin mərkəzində oldu

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi və Baş naziri şahzadə Məhəmməd bin Salman Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında regionda son inkişaflar və təhlükəsizliyin, sabitliyin möhkəmləndirilməsi istiqamətindəki səylər barədə fikir mübadiləsi aparıb.

Səudiyyənin rəsmi "Vas" xəbər agentliyinin məlumatına görə, tərəflər bu telefon danışığında təhlükəsizlik və dənizçilik azadlığı ilə bağlı məsələlərə diqqət yetiriblər və regionda cari inkişafları müzakirə ediblər.

Məhəmməd bin Salman və Makron həmçinin ikitərəfli münasibətlər, Ər-Riyad və Parisin əməkdaşlığının inkişaf etdirilməsi, eləcə də hər iki tərəfi maraqlandıran bir sıra regional və beynəlxalq məsələlər barədə də məsləhətləşmələr aparıblar.