ABŞ prezidenti Donald Tramp bildirib ki, İranla müharibənin "tezliklə" başa çatacağını gözləyir və qeyd edib ki, Tehranın müharibəni daha uzun müddət davam etdirə biləcəyini düşünmür.
Reuters agentliyinin məlumatına görə, Tramp Ağ Evdə ABŞ-ın silah ehtiyatları barədə də danışıb və bildirib ki, Vaşinqtonun bəzi güclü sursat növlərindən demək olar ki, məhdudiyyətsiz miqdarda ehtiyatı var, lakin bəzi silah növlərinin ehtiyatı azalıb və ABŞ-ın müdafiə sənayesi istehsalı artırmaqdadır.
Trampın açıqlamaları Hörmüz boğazı ilə bağlı razılaşma əldə etmək və İranla gərginliyi azaltmaq üçün davam edən diplomatik səylərlə eyni vaxta təsadüf edib.