Azərbaycanın Traktor futbol komandasının Quşaçay şəhərindən olan azarkeşi Tövhid Xadimi Təbriz İnqilab Məhkəməsi tərəfindən 10 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. O, keçən il həbs edilmiş, 23 gündən sonra isə girov ödəməklə müvəqqəti azad edilmişdi.
İnsan hüquqları mənbələrinin məlumatına görə, məhkəmə cənab Xadimiyi «milli təhlükəsizliyə qarşı toplaşma və sui-qəsd» ittihamı üzrə 3 il 6 ay, «dövlət sisteminə qarşı təbliğat» ittihamı üzrə isə 7 il 3 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
Həmin mənbələr həmçinin bildirib ki, çıxarılmış hökm əsasən təhlükəsizlik orqanlarının hesabatları əsasında formalaşıb, pərrondaslıq zamanı isə irəli sürülən ittihamları sübuta yetirəcək müstəqil sənədlər təqdim edilməyib.
Məlumatlı mənbələrə görə, həbs zamanı cənab Xadiminin «TT Market» adlı sosial media səhifəsi ilə əlaqəsi həbsinin əsas səbəblərindən biri kimi göstərilmişdi, lakin məhkəmə prosesi zamanı onun həmin səhifə ilə heç bir əlaqəsi olduğu sübuta yetirilmədi.