ArazNews
Ana Səhifə / İran / İran Kəşfiyyat Nazirliyi Kermanda 21 nəfərin Mossadla əməkdaşlıqda saxlanıldığını açıqlayıb
İran

İran Kəşfiyyat Nazirliyi Kermanda 21 nəfərin Mossadla əməkdaşlıqda saxlanıldığını açıqlayıb

İran Kəşfiyyat Nazirliyi Kermanda 21 nəfərin Mossadla əməkdaşlıqda saxlanıldığını açıqlayıb

İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi Kerman əyalətində Mossadla əməkdaşlıq ittihamı ilə 21 nəfərin saxlanıldığını bildirib.

Araz News-un məlumatına görə, bu təhlükəsizlik qurumunun yaydığı bəyanatda saxlanılan şəxslərin "İsrailin casusluq və terror xidməti ilə əlaqəli agentlər" olduğu və onların həssas hərbi və müdafiə mərkəzləri barədə məlumat toplayaraq bunu Mossada ötürdükləri iddia edilib. Kəşfiyyat Nazirliyi həmçinin "əşrar" adlandırdığı daha dörd silahlı şəxsin də saxlanıldığını açıqlayıb.

Bu iddialar elə bir vaxtda irəli sürülür ki, İran İslam Respublikasının təhlükəsizlik qurumları son illər dəfələrlə Mossad, CIA və digər xarici kəşfiyyat xidmətləri ilə əlaqəli şəbəkələrin saxlanıldığını açıqlayıb, lakin çoxsaylı hallarda bu işlərin təfərrüatları heç vaxt müstəqil şəkildə yoxlanıla bilməyib.

Tənqidçilər bildirirlər ki, İranın təhlükəsizlik qurumları, xüsusən siyasi və təhlükəsizlik böhranları dövründə, geniş miqyaslı təhlükəsizlik və casusluq işləri irəli sürməklə təhlükəsizlik mühitini gərginləşdirməyə və yeni həbs dalğasını əsaslandırmağa çalışırlar.