ArazNews
Ana Səhifə / İran / İdxal olunan super benzinin qiyməti açıqlanıb: hər litri 84 min 600 tümən
İran

İdxal olunan super benzinin qiyməti açıqlanıb: hər litri 84 min 600 tümən

İdxal olunan super benzinin qiyməti açıqlanıb: hər litri 84 min 600 tümən

Enerji Birjasındakı sövdələşmələrə əsasən, özəl sektor tərəfindən təklif olunan idxal super benzininin qiyməti hər litr üçün 84 min 600 tümən müəyyən edilib.

Daxili media orqanlarının məlumatına görə, özəl sektor tərəfindən ölkəyə idxal edilən super benzin qiymətin müəyyənləşdirilməsi üçün Enerji Birjasında təklif olunub. Yayılan məlumata əsasən, bu təklif çərçivəsində 240 min litr super benzin 846 min rialdan olan baza qiymətlə satılıb.

Bu əsasda, idxal super benzininin hər litrinin qiyməti 84 min 600 tümən müəyyən edilib. Bu qiymət Enerji Birjasındakı təklifə aiddir və yanacaqdoldurma məntəqələrindəki subsidiyalı və ya sərbəst bazar benzin qiymətləri ilə heç bir əlaqəsi yoxdur.