ArazNews
Ana Səhifə / İran / Pezeşkian: İslam Respublikası 57-ci il inqilabından sonra ən ağır şəraitdədir
İran

Pezeşkian: İslam Respublikası 57-ci il inqilabından sonra ən ağır şəraitdədir

Pezeşkian: İslam Respublikası 57-ci il inqilabından sonra ən ağır şəraitdədir

Məsud Pezeşkian sanksiyalara, iqtisadi təzyiqlərə və hərbi toqquşmalara işarə edərək bildirib ki, İslam Respublikası hazırda 1357-ci il (1979) inqilabından bəri ən çətin dövrünü yaşayır.

Məsud Pezeşkian İslam Respublikası Radio-Televiziyasına prezidentlik vəzifəsinə başlamasının ikinci ildönümü münasibətilə verdiyi müsahibədə deyib: "Hazırkı şərait 57-ci il inqilabından sonrakı tarixdə ən ağır dövrdür." O əlavə edib ki, sanksiyalar davamlı olaraq güclənib, İranın bank və maliyyə şəbəkəsi sanksiyaların hədəfinə çevrilib, bundan əlavə müharibə və iqtisadi mühasirə də təzyiqləri daha da artırıb.

Pezeşkian vurğulayıb ki, İslam Respublikası "mümkün olan ən pis şəraitdə" qərar tutub və bu təzyiqlərin məqsədinin ölkəni iflic etmək olduğunu bildirib. Bu açıqlamalar elə bir vaxtda səslənir ki, Tehran eyni zamanda ABŞ ilə diplomatiya yolunu saxlamağa çalışır.