Yüksək vəzifəli bir Pakistan mənbəyi açıqlayıb ki, İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi, cümə günü, mərdad ayının 16-da (5 avqust) rəsmi görüşlər keçirmək və regional inkişaflar barədə məsləhətləşmələr aparmaq üçün Pakistana səfər edəcək.
Bu Pakistan rəsmisi Ria Novosti agentliyi ilə söhbətində bildirib ki, Əraqçi səfəri çərçivəsində Pakistan ordusunun komandanı Asim Munir, ölkənin baş naziri Şəhbaz Şərif və baş nazirin müavini, xarici işlər naziri İshaq Dar ilə görüşüb danışıqlar aparacaq.
İran İslam Respublikasının xarici işlər nazirinin mümkün səfəri barədə xəbər elə bir vaxtda yayılır ki, İslamabad bazar ertəsi günü Abbas Əraqçini və Məhəmmədbaqir Qalibafı regionda baş verən inkişaflar barədə təcili məsləhətləşmələr üçün dəvət etmişdi.
Bu Pakistan mənbəyi tərəfindən Əraqçinin mümkün səfərinin vaxtının açıqlanmasına baxmayaraq, İran və Pakistanın rəsmi nümayəndələri hələ də bu görüşlərin gündəliyi və ya Məhəmmədbaqir Qalibafın İslamabada mümkün səfərinin vaxtı barədə əlavə təfərrüat açıqlamayıblar.