Pakistanın Rusiyadakı səfiri bildirib ki, İslamabad ABŞ ilə İslam Respublikası arasında gərginliyi azaltmaq üçün açıq və qapalı diplomatik kanallar vasitəsilə hər iki tərflə əlaqə saxlayır və vasitəçi kanal rolunu oynayır.
TASS agentliyinə istinadən, Pakistanın Rusiyadakı səfiri Feysəl Niyaz Tirmizi deyib ki, İslamabad diplomatiyaya inanır və məhz bu siyasət çərçivəsində ABŞ, İslam Respublikası və regionun digər ölkələri ilə əlaqə saxlayır. O əlavə edib ki, Pakistan bəzi məsələlərdə açıq şəkildə, bəzilərində isə qapalı diplomatik kanallar vasitəsilə gərginliyin azaldılması üçün səy göstərir.
Tirmizi həmçinin bildirib ki, Pakistan hazırda Tehran və Vaşinqton arasında "əlaqələndirici kanal" rolunu üzərinə götürüb və diplomatik prosesə daha çox aktorun qoşulması böhranın həllinə yönəlik səylərin uğur qazanma şansını artıra bilər. O daha əvvəl də vurğulamışdı ki, İslamabad İran və ABŞ arasında danışıqlara ev sahibliyi etməyə və onları asanlaşdırmağa hazırdır.