ArazNews
Ana Səhifə / Dünya / Tramp Çinin data mərkəzləri avadanlığının idxalını hədəfə alıb
Dünya

Tramp Çinin data mərkəzləri avadanlığının idxalını hədəfə alıb

Tramp Çinin data mərkəzləri avadanlığının idxalını hədəfə alıb

Donald Trampın hökuməti Çində istehsal olunan yeni nəsil data mərkəzləri avadanlığının idxalını qadağan edən qaydalar hazırlayır. Bu addım Vaşinqton ilə Pekin arasında texnologiya gərginliyini yeni mərhələyə keçirə bilər.

Reuters agentliyinə istinadən, ABŞ hökuməti Çin şirkətləri tərəfindən istehsal olunan yeni nəsil data mərkəzləri avadanlığının idxalını qadağan edəcək qaydalar hazırlayır. Bildirilib ki, bu planın məqsədi Çin texnologiyasından asılılığı azaltmaq və Vaşinqtonun milli təhlükəsizlik təhdidi adlandırdığı məsələlərlə mübarizə aparmaqdır.

Bu qərar qüvvəyə minərsə, süni intellekt sənayesinə, bulud hesablamalarına və data mərkəzləri avadanlığının qlobal təchizat zəncirinə ciddi təsir göstərə bilər.