ABŞ prezidenti Donald Tramp, İranla müharibəyə son qoymaqda irəliləyişin olmamasından və bu müharibənin strategiyası barədə hökumət daxilindəki ixtilaflardan bezib. NBC News-un məlumatına görə, o, son görüşdə bəzi yüksək rütbəli milli təhlükəsizlik məmurlarına qəzəblənib.
Həmin məlumata görə, məmurların bir hissəsi hərbi əməliyyatın davam etdirilməsini istəyir, digərləri isə xəbərdarlıq edir ki, hücumların uzanması ABŞ-ın silah ehtiyatlarını tükədə bilər və münaqişənin miqyasını genişləndirə bilər.