İslam Respublikasının xarici işlər naziri Şanxay Əməkdaşlıq Təşkilatının xarici işlər nazirləri iclasında ölkəsinin heç vaxt müharibə başlatmadığını və bundan sonra da başlatmayacağını iddia edib.
Qırğızıstanın Çolpon-Ata şəhərindəki bu görüşə qatılan Abbas Araqçi avqustun 2-nə təsadüf edən cümə günü bildirib ki, ABŞ-ın Hörmüz boğazının təhlükəsizlik və dəniz tənzimləmələrinə birbaşa müdaxiləsi və dəniz blokadəsinin yenidən tətbiqi dünyanın ən strateji su yollarından birinin təhlükəsizliyini risk altına salıb.
O, həmçinin Tehranın regional sabitliyə və beynəlxalq hüququn prinsiplərinə sadiq olduğunu vurğulayıb.
Bu fikirlər, İran-ABŞ müharibəsinin davam etdiyi və münaqişənin genişlənməsi ilə bağlı narahatlıqların artdığı bir döndə səslənib. Regional rəsmilər də Tehranı qonşu ölkələrin mülki infrastrukturuna edilən hücumların ardından beynəlxalq hüququ pozmaqda ittiham edirlər.