ArazNews
Ana Səhifə / Dünya / New York Times: Dəmyat limanına pilotsuz təyyarə hücumu İslam Respublikasının dünyaya xəbərdarlıq mesajı idi
Dünya

New York Times: Dəmyat limanına pilotsuz təyyarə hücumu İslam Respublikasının dünyaya xəbərdarlıq mesajı idi

New York Times: Dəmyat limanına pilotsuz təyyarə hücumu İslam Respublikasının dünyaya xəbərdarlıq mesajı idi

New York Times qəzeti iki məlumatlı mənbəyə istinadən xəbər verib ki, Misirin Dəmyat limanına pilotsuz təyyarə hücumu İslam Respublikasının dünya dəniz nəqliyyatını və enerji bazarlarını təhdid etmək qabiliyyətini nümayiş etdirmək məqsədilə həyata keçirilib.

New York Times-ın məlumatına görə, adları açıqlanmayan iki məlumatlı mənbə bildirib ki, həmin hücum bu mesajı çatdırmaq üçün planlaşdırılmışdı: münaqişənin eskalasiyası halında İslam Respublikası dəniz nəqliyyatı marşrutlarını və enerji təchizat zəncirlərini daha geniş miqyaslı pozuntularla üzləşdirə bilər.

Bununla belə, həmin mənbələr hücumun birbaşa İslam Respublikası tərəfindən həyata keçirildiyi, yoxsa onun müttəfiq qruplarından birinin əməliyyatı icra etdiyi sualını açıq qoyub.

Mənbələr həmçinin pilotsuz təyyarənin buraxıldığı yer barədə heç bir məlumat verməyib. Çərşənbə axşamı Misirin Aralıq dənizi sahilindəki ən mühüm təbii qaz ixrac mərkəzlərindən biri olan Dəmyat limanında partlayışlar qeydə alınıb.

Britaniyalı dəniz təhlükəsizliyi şirkəti "Ambrey" də bildirib ki, limandakı bir Amerika gəmisi pilotsuz təyyarə hücumuna məruz qalıb.