ABŞ-ın avqustun 2-nə keçən gecə — cümə günü sübh saatlarında həyata keçirdiyi hücumlar nəticəsində azı dörd nəfər həlak olub, daha yeddi nəfər yaralanıb.
İran mediasına istinadən, Xuzestan vilayəti rəisinin təhlükəsizlik və ictimai asayiş üzrə müavini Vəliullah Həyati bildirib ki, ABŞ-ın Əhvaz ətrafındakı nöqtələrə endirdiyi raket zərbələri nəticəsində dörd nəfər həlak olub, beş nəfər yaralanıb.
O, hədəf alınan nöqtələr barədə ətraflı məlumat verməyib, lakin əlavə edib ki, son təxminən 14 gün ərzində vilayətin 12 rayonunda bir neçə nöqtə hücuma məruz qalıb.
Bəndərabbas şəhərindən gələn məlumata görə, əvvəlki gecə həyata keçirilən hücumlar zamanı şəhərin "Allahu Əkbər" təpəsinə endirilən zərbə nəticəsində iki nəfər yaralanıb, bölgədə elektrik enerjisinin verilişi kəsilib.
Bundan əlavə, İsfahan vilayəti rəisinin təhlükəsizlik müavini Nain rayonundakı bir nöqtənin hücuma məruz qaldığını, lakin insan itkilərinin olmadığını açıqlayıb. Luristan vilayəti rəisinin siyasi-təhlükəsizlik müavini isə Xorrəmabad ətrafındakı bir nöqtənin hədəf alındığını, yerləşdiyi yerin adını isə qeyd etmədiyini bildirib.