İsrail Baş nazirinin ofisi bəyanat yayaraq bildirdi ki, regiondakı son hadisələr — o cümlədən ABŞ və İsrailin İrana qarşı hərbi əməkdaşlığı, eləcə də Tehranla həmrəy qüvvələrin zəiflədilməsi — İsrail ilə ərəb ölkələri arasında münasibətlərin normallaşması prosesinin genişləndirilməsi üçün yeni fürsət yaradıb.
Binyamin Netanyahunun ofisi tərəfindən yayılan bəyanatda iddia edilir ki, ABŞ və İsrailin İslam Respublikası İrana və "İranın terror oxu" adlandırılan strukturlara qarşı birgə atdığı addımlar Yaxın Şərqdə "sülh dairəsi"nin genişləndirilməsi üçün zəmin hazırlayıb.
İsrail Baş nazirinin ofisi həmçinin ABŞ Prezidenti Donald Trampın açıqlamalarına istinad edərək qeyd edib ki, Səudiyyə Ərəbistanının İbrahim sazişlərinə qoşulması regionda sülh və münasibətlərin normallaşması yolunda "tarixi addım" ola bilər.