Azərbaycanlı milli fəal mərhum Saleh Müllaabbasinin qırx günü mərasimi cümə axşamı, 8 Mordad tarixində Əhər şəhərində keçiriləcək.
Mərhumun ailə və yaxınları tərəfindən yayımlanan elanə əsasən, mühəndis Saleh Müllaabbasinin qırxı 1405-ci il Mordadın 8-də (cümə axşamı) saat 17:00-da Əhər şəhərinin Fərhəngiyan məhəlləsindəki Çəhardəh Məsum məscidində keçiriləcək.
Bütün əhali, dostlar və mülki fəallar mərasimə dəvət olunub.