ArazNews
Ana Səhifə / İran / Tramp: İranla atəşkəs başa çatdı; onlardan nifrət edirəm
İran

Tramp: İranla atəşkəs başa çatdı; onlardan nifrət edirəm

Tramp: İranla atəşkəs başa çatdı; onlardan nifrət edirəm

ABŞ prezidenti Donald Tramp İranla atəşkəsin sona çatdığını elan edib və Vaşinqtonun Tehrana nüvə silahı əldə etməyə icazə vermeyəcəyini bildirib.

Tramp Ankarada NATO-nun baş katibi Mark Rute ilə birgə keçirilən mətbuat konfransında deyib: «İranla atəşkəs başa çatdı.» O, sərt bir tonda əlavə edib: «Mən onları həqiqətən sevmirəm; heç də.»

Tramp öz birinci prezidentlik dövründə Qasım Süleymaninin öldürülməsinə istinad edərək İranın minlərlə amerikalı hərbçinin həlakına cavabdeh olduğunu iddia edib və bildirib ki, əgər İran məmurları «ağıllı olsaydılar, çox əvvəl razılığa gələrdilər».

ABŞ prezidenti bir daha vurğulayıb ki, Vaşinqton İrana nüvə silahı əldə etməyə imkan verməyəcək, lakin eyni zamanda Tehranla dialoq imkanının hələ də mövcud olduğunu qeyd edib.