ArazNews
Ana Səhifə / İran / Sepah ABŞ-ın Mahşəhərə hücumlarında öz əsgərlərindən birinin həlak olduğunu açıqlayıb
İran

Sepah ABŞ-ın Mahşəhərə hücumlarında öz əsgərlərindən birinin həlak olduğunu açıqlayıb

Sepah ABŞ-ın Mahşəhərə hücumlarında öz əsgərlərindən birinin həlak olduğunu açıqlayıb

Sepah Pasdaran-ın Mahşəhər (Məşur) limanındakı üçüncü dəniz bölgəsinin ictimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, bu yaxın zamanda ABŞ-ın həmin bölgəyə endirdiyi hücumlar zamanı birləşmənin əsgərlərindən biri həlak olub.

Sepahin açıqlamasında qeyd edilir ki, Sepah Pasdaran-ın əsgəri Məhəmmədrzа Xəzini çərşənbə axşamı, tiyar ayının 17-də (iyul ayı) səhər saatlarında hücumçu pilotsuz təyyarələrə qarşı müqavimət göstərərkən qəlpə dəyməsi nəticəsində həyatını itirib.

Sepah həmin bəyanatda Mahşəhərin üçüncü dəniz bölgəsinə hücumu ABŞ-a aid edib və Məhəmmədrzа Xəzinini «şəhid» adlandırıb.

Bu, ABŞ-ın bu gün İranın cənubundakı hərbi hədəflərə endirdiyi hücumlarda Sepahin itkilərinə dair açıqlanan ilk hadisədir.